image-reklam-veteninfo
image-fb_img_1644316111191backend

Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyindən getdi

image-reklam-veteninfo

Mənə göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətimi bu gün öz xahişimlə başa vurdum.

Vətəninfo.az xəbər verir ki,  MEDİA-nin əməkdaşı Rüstəm Əbülfətoğlu yaydığı açıqlamada deyilir:

ilə Müəllifi olduğum layihələrin: I-ci Beynəlxalq Şuşa Media Forumunun keçirilməsi, çap və online media subyektləri üçün Reklam Konsorsiumunun yaradılması (layihə gerçəkləşərsə media sənayesinin qısa müddət ərzində ciddi gəlir əldə etməsi ilə yanaşı media subyektləri və

Agentliyin özünün də dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalacaq), qəzetlərin satışı və abunə sisteminin yenidən qurulması ilə real işlək yayım mexanizminin tətbiqi, xüsusi təşviq siyasəti ilə region mətbuatı və yerli mətbəələrin inkişafının stimullaşdırılması kimi proyektlərin həyata keçirilməsi, habelə alçaldıcı “reket” damğasının şərəfli Jurnalist peşəsinin üzərindən götürülməsi istiqamətində ictihad həqiqətən şövqləndiriciydi…

Ümid edirəm ki, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı
Fərmana uyğun olaraq milli mətbuatımızın inkişafı naminə bu layihələr də zamanı gəlincə layiqincə və uğurla həyata keçiriləcək.

Son olaraq, qurumun İcraçı direktoru Əhməd İsmayılov başda olmaqla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin kollektivinə uğurlar, əziz, doğma və dəyərli jurnalistlərimizə ittihad arzulayıram!

Sədaqətlə, Rüstəm Əbülfətoğlu (Əhmədov).




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki