image-ermeniiibackend

Rüsvay olduğunu anlayan sülhməramlılar tapşırsalar da, erməni qadın onları satdı – VİDEO

image-reklam_sirab_01

Atalar yaxşı deyib, betərin də betəri var. Bu günlərdə atalardan əmanət qalan bu ifadə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının “nümunəvi” xidmətinə sözün əsl mənasında işıq tutur.

Çünki sülhməramlılarla bağlı yayılan hər xəbərdə düşünürük ki, bundan daha betər, bundan daha rüsvayçı bir addım ata bilməzlər. Amma sülhməramlılar hər dəfə bizi yanıltmağı bacarırlar. Əbəs yerə hər dəfə məşhur filmimizdə deyildiyi kimi düşünürük ki, sülhməramlıların “özfəaliyyəti elə bundan ibarətdir”. Onların fəaliyyət sahəsi bizim təsəvvürümüzə gətirdiyimizdən çox daha genişdir.

Artıq sülhlə heç bir əlaqəsi olmadığını və ermənilərin qulluğunda dayanmaq üçün regionda olduğunu sübuta yetirmiş sülhməramlılar sağlığına badə qaldırdıqları, hətta qanlarını belə əsirgəmədikləri ermənilər üçün yeni xidmət göstərməyə başlayıblar.

Hər nə qədər sülhməramlılar “təvazökarlıq” edib bu xidmətin gizli qalmasını istəsələr də, ermənilər bu cür jestin altında qalmaq istəməyib və dərhal bu “möhtəşəm xidməti” nümayiş ediblər.

Ermənilər Rusiya sülhməramlısının yeni – “daşınma xidməti”ni nümayiş etdirməklə, əslində onların gizli qalmasını istədikləri məqamları ifşa ediblər.

Sülhməramlıların növbəti “şedevri” – ermənilərin yüklərini daşımaları olub. Görünür “yardımsevər” sülhməramlılar ermənilərə xidmət üçün heç bir fürsəti əldən vermək istəmirlər. Lakin budəfəki “tamaşa”da diqqətçəkən başqa bir məqam da üzə çıxıb.

Sosial şəbəkənin erməni seqmentində yayılan videoda ermənilərə “yardım edən” sülhməramlılar ilk dəfə, deyəsən, öz davranışlarının nə dərəcədə absurd olduğunu dərk ediblər. Məhz bu səbəbdən isə bu “yaxşılığı” lentə alan erməni qadına videonun internetdə yayılmamasını xahiş ediblər. Ancaq erməni qadın bu “gözəlürəkli”, “mərhəmətli”, “qayğıkeş” kontingentin sözünü yerə salıb.

Sülhməramlılar yəqin ki, artıq ermənilərin sözünə güvəndikləri üçün çox peşman olublar. Lakin artıq iş-işdən keçib. Onlar Azərbaycan xalqının qarşısında növbəti “günaha batıb”, növbəti dəfə daşıdıqları adın ağırlığına tab gətirə bilməyib, növbəti rüsvayçılıqla üzləşiblər.

Hər zaman əksini düşünsək də, Qarabağda bu müddətdə tam əksini müşahidə etdiyimiz bir mənzərənin şahidi oluruq. Tarixi yaltaqlıq, riyakarlıqla dolu ermənilərin Rusiyanın qulu olmaqla fəxr etməsi, yaltaqlıq edib bu böyük dövlətdən qarşısına sümük atılmasını gözləməsi bizi heç zaman təəccübləndirə bilməyib. Ancaq indi nə görürük? Ermənilərin qarşısında canı ilə, hətta bu yaxınlarda şahidi olduğumuz kimi qanı ilə qul kimi vurnuxan Rusiya sülhməramlıları…

Maraqlıdır, necə olur ki, Rusiya sülhməramlıları ermənilərin əlinin altında qul kimi çalışmağı özünə rəva bilir, bunu alçaldıcı hesab etmir. Ermənilərin tarixini bilən, onları tanıyan biri bunu özünə necə sığışdıra bilər? Bəşər tarixinin ən aciz qullarına qul olmaq, onların qulluğunda dayanmaq rəzilliyin hansı səviyyəsidir?

Bu məsələdə bəlkələr o qədərdir ki, sadaladıqca bitməz. Amma bəlkə də kadrlarda gördüyümüz sülhməramlılar bir məqamdan sonra dərk edirlər ki, bu mənzərə nə qədər iyrənc, nə qədər çirkindir. Məhz buna görə ifşa olunmaqdan qorxub, tapşırıq verirlər ermənilərə… Görün kimə… Ruhunun dərinliyinə hopmuş faşizm, ömrünü həsr etdiyi riyakar ideyalardan başqa nəyi var, nəyi yox hər şeyini satmış və ya sata biləcək ermənilərə…

Tarixin bütün dövrlərində özlərini, qadınlarını, əqidələrini, kimliklərini, mənəviyyatlarını satan ermənilər üçün Rusiya sülhməramlılarının dəyəri nə ola bilərdi ki, ona rəhm etsinlər, bir qəpiyə satmasınlar?

Ona görə də, sülhməramlılar istər əkin-biçinlərinə kömək etsin, istər qanlarını versin, istər su daşısın, istərsə də daşınma xidməti göstərsin, bir erməni əlinə düşən fürsəti heç zaman hədər etməz. Nəhəng Rusiyanın sülhməramlısını əlinin altında işlətmək, hər işə buyurmaq ermənilər kimi aciz və cılız insanlar üçün məgər az şeydir? Üstəlik də, bu videonu yaymaqla sülhməramlıların yarıtmazlığını bizim üçün ifşa edir, sülhməramlı missiyanı şübhə altında qoyur, Rusiya dövlətinin imicinə ağır zərbə və sülhməramlıların alnına isə “əlaltı” damğasını vururlar.

Bax, sülhməramlıların növbəti “tamaşa”sının mahiyyəti bundan ibarətdir. Onların ifasında betərin betərini növbəti dəfə gördük, Allah daha betərindən saxlasın…

http://

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki