image-img-20210628-wa0030backend

Sahibə Qafarova Budapeştdə rəsmi səfərdə

image-reklam_sirab_01

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Veteninfo.az-a daxil olan məlumatda deyilir ki, İyunun 28-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

“Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.
Sabah Milli Məclisin nümayəndə heyətinin Budapeştdə rəsmi görüşləri başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki