image-resize-2backend

Sahibə Qafarova İranda – Andiçmə mərasimində iştirak edəcək

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Tehrana gəlib.

Veteninfo.az IRNA-ya istinadla xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti İranın yeni prezidenti İbrahim Rəisinin rəsmi andiçmə mərasimində iştirak edəcək.

Mehabad hava limanında Azərbaycanlı qonaqları İslam Respublikasının parlament rəsmiləri və Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov qarşılayıb.

Xatırladaq ki, bu gün keçiriləcək andiçmə mərasiminə dəvəti 73 dövlət və hökumət başçısı, parlament sədri və XİN rəhbəri qəbul edib.

Artıq bir çox dəvətli İran paytaxtına gəlib.

Tədbirə 100-dən çox yerli və xarici media quruluşunun jurnalistləri akkreditasiya olunub.

Mərasim bu axşam saat 17:00-da baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki