image-modern-az-02-07-2021-1625210892backend

Sahibə Qafarova Macarıstan səfərindən DANIŞDI

image-reklam_sirab_01

Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında Macarıstan səfərindən danışıb.

Veteninfo.az  xəbərinə görə, sədr çıxışı zamanı Macarıstanın tarixi köklərinə əsaslanaraq türkdilli ölkələrlə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini bildirib:

“Bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir. Türk Şurasının qarşıya qoyduğu əsas vəzifələrdən biri də beynəlxalq terrorizmə qarşı mübarizədir. Macarıstanda keçirdiyimiz hər bir görüşdə belə bir fikir ana xətt kimi keçib. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb. Nəhayət, ötən il Azərbaycan bu sənədləri təmin edib və ərazi bütövlüyünə nail olub. Eyni zamanda bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırdım. Ermənistan sərhədlərin delimitasiya məsələsində də qeyri-konstruktiv mövqe sərgiləyir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki