image-1-10backend

“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş keçirildi.

image-reklam_sirab_01

Nəsimi rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş keçirildi.
Tədbirdə rayon rəhbərliyi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra qalib komandalar və hərbi rəhbərləri diplom , medal və fəxri fərmanla təltif olundular.

Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 – 10-cu sinif şagirdləri iştirak ediblər. Komandalar yarışın 4 mərhələsi üzrə öz qüvvələrini sınayıb, hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası I yerə, 42 saylı tam orta məktəbin komandası II yerə, 19 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki