image-49backend

Şahin Mustafayev: “Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır”

image-reklam_sirab_01

“Azərbaycan Rusiya Federasiyasının Qafqaz regionunda başlıca tərəfdaşıdır”.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib: “Ötən müddət ərzində əməkdaşlığımız daim inkişaf edib”.

Baş nazirin müavini son iki ildə dünyanın koronavirus pandemiyası da daxil olmaqla bir sıra təhlükələrlə üzləşdiyini xatırladıb: “Yeni reallıqlar əməkdaşlığımız üçün yeni imkanlar açıb. İki ölkə arasında müxtəlif sahələrə dair 7 yol xəritəsi təsdiqlənib. Hazırda ölkəmizdə Rusiya kapitallı 1110-dək müəssisə fəaliyyət göstərir”.

Ş.Mustafayev 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanlarının yarandığını söyləyib, bununla bağlı Rusiya tərəfindən 13 layihə təqdim edildiyini diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki