image-5-2backend

Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib.

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib.

 

Dekabr ayının 23-də Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Hökməli, Qobu, Pirəküşkül, Ceyranbatan qəsəbələrindən, Xırdalan şəhəri, Bakı şəhəri Suraxanı və Qaradağ rayonlarından olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir.

 

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.

 

Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış,  vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı

barədə məlumat vermişdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki