image-863ef90a-f741-3449-8579-c2826413b075_850backend

Şahin Seyidzadə: “İçərişəhərdə nəqliyyatın sayının artması tarixi obyektlərin zədələnməsinə səbəb olur”

image-reklam_sirab_01

İllər öncə sahibkarların İçərişəhərdə yaratdıqları ictimai iaşə obyektləri, otellərin sayının 40-dan 200-ə çatdırılması burada nəqliyyatın sayını artırır, tarixi obyektlərin zədələnməsinə səbəb olur.

Veteninfo.az report-a istinadən xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Qoşa Qala Meydanında keçirilən “KOB Fest” – sərgi-satış yarmarkası çərçivəsində jurnalistlərə bildirib.

“Amma çalışırıq Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bu balansı daim qoruyaq. İçərişəhər birbaşa dövlət başçısının diqqətindədir və Birinci vitse-prezident Mehriban Əliyeva bura həssas yanaşır. Müxtəlif fəaliyyətlər vasitəsilə İçərişəhərdəki bir tərəfdən tarixi abidələrin, digər tərəfdən sahibkarların və yerli icmanın inkişafına dəstək proqramları həyata keçirilir”, – Ş. Seyidzadə vurğulayıb.

Onun sözlərinə görə, təkcə İçərişəhərdə deyil, ölkə ərazisində pandemiya səbəbindən məhdudlaşmalar müşahidə olunurdu: “Buna baxmayaraq Prezidentin tapşırığı ilə sahibkarlara dəstək mexanizmləri tətbiq olunmuşdu. Biz də öz tərəfimizdən İçərişəhərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müxtəlif imtiyazlı məqsədlərlə qərarlar vermişdik. Artıq pandemiya bitmək üzrədir. İçərişəhər tək tədbir məkanı deyil, həm də sahibkarlıq icmasını birləşdirən məkandır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki