image-1backend

Sailə Salahova: Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

image-reklam_sirab_01

Doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı atdığı təməllər xalq olaraq bizi daha da iftixarlandırır. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir. Cənab Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıla səfəri də bu faktı bir daha təsdiqləyir. Cənab İlham Əliyevin bölgələrə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizə səfərləri yeni-yeni təməlqoyma və açılış mərasimləri ilə müşayiət olunur.
Bu gün ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində düşmən işğalından azad edilən ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, şəhər, qəsəbə və kəndlərimz bərpa edilir, tam yeni infrastruktur yaradılır. Eyni zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi də sürətlə davam edir. Onlar üçün yeni fərdi və çoxmənzilli yaşayış evləri, sosial obyektlər inşa edilir. Eyni zamanda burada məskunlaşan insanların məşğulluq məsələlərinin həlli istiqamətində addımlar atılır, yeni-yeni iş yerləri yaradılır. Bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyan tədbirlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Dövlətimizin başçısı tədbirdə genişməzmunlu çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki: “Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”.
Ümumilikdə isə Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır.

Sailə Salahova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image