image-sakiraabackend

Şakira milyonlarla vergi borcuna görə məhkəməlik oldu

image-reklam_sirab_01

Müğənni Şakira vergi borcundan yayınmaqda ittiham edilir.

İspaniya məhkəməsi ifaçını mühakimə etmək qərarına gəlib. Kolumbiyalı müğənni 14,5 milyon avro məbləğində vergi ödəməməkdə şübhəli bilinir.

Ümumilikdə, 45 yaşlı ifaçı 2012-2014-cü illər arasında vergidən yayınma ilə bağlı 6 işdə ittiham olunur.

Barselona Məhkəməsi prosesin başlaması üçün “kifayət qədər əsasların” olduğunu müəyyən edib.

Məhkəmənin bu qərarı ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı qənaətə etiraz etmək cəhdinə cavab olaraq qəbul edilib.

İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image