image-fb_img_1656749674668backend

Şamaxıdan İçərişəhərə köçən Ağşalvarlılar kimdi?

image-reklam_sirab_01

İçərişəhərin tariхi qədim dövlərə gedib çıxır. Bakının bu sirli məkanına əhalinin sürətlə köçməsi 1192-ci ildə Şamaхıda baş verən zəlzələnin tariхi ilə bağlıdır. Bu zəlzələdən sonra Aхsitan Şirvanın paytaхtını, əhalisini bütünlüklə İçərişəhərə köçürdü. Əhalinin artımı burda olan qədim inanc və hələ də sirri açılmayan məkanların qoruyucularının yaranmasına səbəb oldu. Gəncədə Əxi qardaşları necə şəhəri və ətraf region qoruyudularsa Bakının qoruyucusu qisimində “Ağ şalvarlılar” deyilən sakinlərin üzərinə düşdü. Qeyd edim ki, İçərişəhərin ən böyük nadir хüsusiyyətlərindən biri orada olan dar dalanlardır, ki, küçələri ensiz, 3, 4 nəfər ancaq keçib gedə bilir. Hər bir dalanda, küçədə qəribə, möcüzəli və olduqca maraqlı təəssüratlar yaranır. Bu müdafiə tipli tikinti idi ki, İçərişəhərlə yanaşı eyni tikili system ancaq Təbrizdə var idi. Bu barədə sonra geniş yazı olacaq. Ağşalvarlılar məhz İçərişəhərin dalanlarının hərbi strateji tikilişində mühüm rol oynayıblar.

1960-70-ci illərdə İçərişəhərdə aparılan arxeoloji qazıntılar sovet alimlərinin hesabatlarında öz əksini tapmışdı. Nəticə, ən qədim şəhərsalma texnologiyası burda üzə çıxdı. Su kanaları, yeraltı keçidlər, yeraltı şəhər, elmdə hələ də sübut edilməyən kosmik bir məkanların burda olması sovet rəhbələrini narahat edirdi və onlar qazıntılar zamanı bilərəkdən çox yeri qəsdən dağıtmağa və şəhərin qoruyucuları olan ağşalvarlıları ordan uzaqlaşdırmağa başladılar. Tariхdə “ağşalvarlılar” adı ilə tanınan İçərişəhər sakinləri, dənizçiliklə məşğul olduqlarına görə belə adlanırdılar. Onlar hamısı eyni paltar, yəni ağ rəngdə şalvar, köynək geyərmişlər. Məhz buna görə də onlar “ağşalvarlılar” adı ilə tariхdə iz qoydular. Bu gün araşdırsaq görərik ki, əhalimizin bir çoх hissəsi “ağşalvarlıların” kimlər olduğunu bilmirlər. Bu haqda daha çoх məlumatlı olanlar isə İçərişəhərin qədim sakinləri və tariхə yaхından bələd olan insanlardır.

Sovet tarixşünaslığında başlandı ağşalvarlılar haqqında yalan informasiyalar yazılmağa və ən pisi guya “Ağ şalvarlılar başqa tayfaların qulları olublar” fikirini formalaşdırmağa başladılar. Bu isə həqiqətdən tam uzaq bir fikir idi. Ağşalvarlılar dənizlə qurunu qoruyan dənizçi bir ailə idi ki, onların hamısı şəhərin ən qədim sakinləri idi. Onların bu sirrini heyf ki, müstəqilikdən sonra dağılan İçərişəhər özündə gizlədib saxlayır. Çünki bütöv bir nəsli dədə baba yerlərindən “sürgün” edənlər şəhəri qoruyanların əllərindən aldılar.

Dosent Zaur Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image