Veteninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki. hadisə bu gün Türkiyə vaxtı ilə saat 08:00 radələrində Samsunun İlkadım rayonu Kale məhəlləsindəki Atatürk Parkında baş verib. İddiaya görə, iki şübhəli avtomobillə gəldikləri parkdakı Şərəf abidəsinə kəndir çəkməyə çalışıb.
Ətrafdakı insanların reaksiyası üzərinə şübhəlilər ipi hadisə yerində buraxaraq qaçdı. Xəbərlə bölgəyə gələn polis qrupları, şübhəlilərin qaçdıqları avtomobilin nömrəsini təyin edərək işə başlayıb.
Məlumatda deyilir ki, 2 şübhəli tutularaq nəzarətə götürlüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Samsun Valiliyi hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda “Qazi Mustafa Kamal Atatürkün ilk addımını atdığı şəhərimizin simvolu halına gələn Atatürk Abidəsinə (Şərəf Anıtı) qarşı edilən bu hörmətsizliyi qəbul etmirik”.deyilir.


























