image-yenigundem_6ea4e0e6b64b214e71fa56bc5fb8a8fe_9j2im4zb5qvtrfahygx1-620x460backend

Şanlı Vətən Müharibəsi medianın əhəmiyyətini bir daha göstərdi – Hüseyn Altınalan

image-reklam_sirab_01

“Azərbaycan mediasının və Türkiyə Cümhuriyyəti İletişim Başqanlığının birgə təşkilatçılığı ilə Şanlı Vətən Müharibəsini dünyaya car çəkən yerli və xarici KİV-lərin gərgin əməyi sayəsində ermənilər və onların tərəfdarları tərəfindən aparılan qara təbliğat və psixoloji propoqandaları bütün dünyada uğursuzluğa düçar oldu”.

Veteninfo.az  xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

Diplomatın sözlərinə görə, müharibə zamanı media nümayəndələrimiz doğru məlumatları yaymaqla cəbhədə olan əsgərlərimizin və xalqımızın motivasiyasını da yüksək səviyyədə saxlayıb: “Şanlı Vətən Müharibəsi bir daha medianın hərbi və siyasi cəbhədə olduğu kimi informasiya cəbhəsində də qələbə çalmaq üçün böyük əhəmiyyətə malik olduğunu göstərdi”.

H.Altınalan vurğulayıb ki, bu duyğu və düşüncələrlə peşəsinin tələb etdiyi məsuliyyət şüuru dərk edərək çalışan media nümayəndələrini Milli Mətbuat Gününü ürəkdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayıram.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki