image-1618224012_16182229253096935888_1000x669backend

Şanlı Zəfərin Dəlilləri Məcmusu-Hərbi Qənimətlər Parkı!

image-reklam_sirab_01

Tarix qədim və uzunömürlü bir mənbədir. Özündə həm keçmişin müsbət, həm də mənfi hadisələrini, şəxslərini saxlayır. Mühüm hadisələr və şəxslər əsla unudulmur. Bu mühüm hadisələrdən biri Qarabağı bizə, bizi Qarabağa qovuşduran Zəfər günü və bu cür tarixi şəxsiyyətlərdən biri də qələbəmizin əsas memarı və qurucusu Ali Baş Komandan cənab İlham Əliyevdir. Bu qələbə uzun zaman dillər əzbəri olacaqdır. Lakin gələcək nəsillərin daim bu qürurverici günü xatırlamaları və unutmamaları üçün tarixi canlı tutmaq lazımdır. Qələbə tariximizin unudulmaması və əbədi yaradılması üçün dövlətimiz tərəfindən bir sıra mühüm addımlar atılır. Bu addımlardan biri və ən mühüm olanı da Hərbi Qənimətlər Parkıdır.

Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Zəfər Muzeyi inşa olunmuşdur. Dövlət başçısının göstərişinə əsasən elə bir park yaradılmışdır ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər  barədə dolğun təsəvvür yaransın. Azərbaycanın qəhrəmanlıq tarixi ilə maraqlanan vətəndaşlarımız və ölkəmizə qonaq gələn əcnəbilər burada açıq səma altında maraqlı və unikal bir muzeylə tanış olmaq imkanı qazanırlar.

Ötən il noyabrın 11-də Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı düşməndən qənimət götürülmüş hərbi texnikanın Bakıya gətirilməsi, onların nümayiş etdirilməsi üçün yer seçilməsi barədə göstəriş verdiyini demişdi. Yəni, bu parkın yaradılmasına dövlət başçısının xüsusi önəm verdiyi o vaxtdan bəlli idi.

Ümumiyyətlə, parkda düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır.  Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görəcəklər. Avtomobillər, zirehli texnikalar, artilleriya qurğuları açıq səma altında qonaqlara nümayiş etdirilir.

Hətta müxtəlif rayon və şəhərlərdən də insanlar möhtəşəm qələbəmizin bariz sübutu olan bu parkı görmək üçün uzun yol qət edərək şəhərə gəlir, bu qəhrəmanlıq abidəsini tamaşa edir.

Müharibə günlərində o da məlum oldu ki, döyüş mövqeyini tərk etməsin, məcbur olub vuruşsun deyə, düşmən öz əsgərlərini postlarda it kimi zəncirləyirdilər.  Prezident İlham Əliyevin müharibə günlərində dillərə düşmüş məşhur “iti qovan kimi qovuruq” ifadəsi, əslində, həqiqəti əks etdirirdi. Parka gələnlər bu cür postları və zəncirlənmiş müqəvva-mulyajlarını da görmək imkanı qazanır.

Hərbi Qənimətlər Parkı , əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edir. Parkı ziyarət edərkən 30 ildə keçilməz səviyyədə möhkəmləndirilən cəbhə xəttinin qəhrəman əsgərlərimiz tərəfindən necə yarıldığı və düşmənə necə qan unudulduğunun şahidi olmaq mümkündür.

Park ziyarətçiləri içərisində hər yaş qrupundan şəxsə rast gəlmək olar. Xüsusən balacalar bu parkda gəzməyi, düşmənin döyüş bölgəsində atıb qaçdığı hərbi sursatları öz gözləri ilə görməyi çox sevir. 6 yaşından aşağı uşaqların, şəhid ailələrinin və qazilərimizin parka girişj pulsuz təmin edilir. Bu park gələcək nəsillər üçün ən yaxşı tarix müəllimidir!

Şəmilova Dünya Mərdan

Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki