image-photo-2021-11-18-08-38-33backend

SƏFALI TORPAĞIMIZ:AĞDAM

image-reklam_sirab_01

Gözəl Qarabağımızın səfalı yerlərindən biri olan Ağdam rayonu 1930-cu ildə yaradılıb.Füsunkar təbiətə malik olan rayonumuz Qarabağın mərkəzində,Kür-Araz ovalığının qərbində yerləşir və relyef cəhətdən əsasən düzənlik və qismən dağlıqdır.
Rayonumuzun təbiəti ilə yanaşı mədəniyyəti,arxeologiyası,tarixi də möhtəşəmdir.Ağdam sözünün türk dilindən məası “kiçik qala” deməkdir. Keçmişdə burada yaşayan türkdilli qəbilələr özlərini qorumaq üçün kiçik qalalar tikirdilər və rayonun adının mənası da buradan irəli gəlir. Həmçinin Ağdam-günəş şüaları ilə nurlanmış işıqlı bir ev deməkdir.Buna səbəb isə XVIII əsrin birinci yarısında Pənahəli xanın burada özü üçün ağ daşdan imarət tikdirməsi və bu imarətin insanlar üçün bir növ oriyentə çevrilməsi olmuşdur.Arxeoloqlar səfalı rayonumuzda arxeoloji tədqiqatlar aparan zaman raynumuzun tarixinin nə qədər keçmişə gedib çıxdığını tapmışlar.Üzərliktəpə adlı ərazidə aparılan araşdırmalar zamanı ortaya çıxmışdır ki,bura Qafqazda il şəhər tipli yaşayış məskəni və Zaqafqaziyanın ən zəngin abidələri olan yerlərindən biridir.
Mənfur düşmənlərimiz Qarabağda olan bir çox rayona göz dikdikləri kimi Ağdam rayonuna da göz dikmişdilər və təssüflər olsun ki, 42gün davam edən döyüşlər sonrasında 23 iyul 1993-cü il tarixində 1094 kvadrat km-ə sahib olan rayonumuzun 73%-i təxminən 882 kvadrat kilometrini və rayon mərkəzi ilə bir yerdə 90 kəndi də işğal etdilər.Bu işğal nəticəsində 128min insan öz yurd-yuvalarından didərgin düşdü.Dünyada yeganə olan Çörək muzeyi,38 kolxoz,74 məktəb,271 mədəniyyət evi və başqa mərkəzlər dağıdıldı.Ən əsası isə bu döyüşlər zamanı 6mindən artıq insan şəhid olmuşdur.
Bu zaman kəsiyində bir çox beynəlxalq qətnamələr,sənədlər imzalandı və təəssüflər olsun ki,bir çoxu yerinə belə yetirilmədi.Buna misal olaraq ATƏT-in Minsk qrupu tərəfindən 9ölkə adından “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına” dair edilən çağırışları və 1993-cü il 29iyuk tarixində BMT tərəfində qəbul olunmuş 853 saylı qətnaməni göstərmək olar.
Düşmənlərimiz torpaqlqrımızı işğal etməklə yetinməyib burada bir çox vəhşiliklər törətmişlər.Onlar Cenevrə Konvensiyalarına nəzərən üzərinə düşən öhdəlikləri kobud şəkildə pozub,səfalı ərazilərimizi yandırıb,etnik-mədəni məkanlarımızı yarasız hala salıblar.Bunlarla da yetinməyib Ağdam rayonundaki coğrafi adları da dəyişiblər.Həmçinin orada olan təbii sərvətlərimizdən öz xeyirlərinə istifadə etmişlər.
30 il çəkmiş çətinlikdə sonra 2020-ci ildə gedən 44 günlük tarixi döyüşlər zamanı Ağdam rayonu yenidən öz müstqilliyinə qovuşdu. Qələbədən sonra 3 tərəfin birgə imzaladığı bəyanata görə noyabrın 20-də Ağdam rəsmi olaraq Azərbaycana təfil verildi.26 noyabr tarixində “Ağdamın azad olunmasına görə” medalı təsis edildi.Bu döyüşlərdə igidlik göstərmiş 5770 hərbi qulluqçu bu medal ilə təltif olundu.
Digər azad olunan rayonlarımız kimi Ağdam da öz keçmiş şöhrətinə,gözəlliyinə qayıdacaq və qısa zaman ərzində rayonun tam ərazisində yaşayış bərpa olunacaq.Bunun üçün Ağdam şəhərinin baş planı 28may 2021-ci il tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.Həmçinin bu qələbədən sonra Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 23-sə Ağdam şəhərinə səfər etmişdir.İlham Əliyev burada Şanlı Azərbaycan bayrağını qaldırdı.O bu səfər zamanı burada aparılacaq quruculuq işlərindən də bəhs etdi.Prezidentimizin Ağdama olan digər səfəri isə 2021-ci il 28may tarixində gerçəkləşdi.O bu səfər çərçivəsində Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməl qoyma mərasimində,Ağdam Sənaye Parkı və Zəfər muzeyinin açılışında da iştirak etdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əhədov Elvin Elnur oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki