image-66backend

Səfir: “ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir”

image-reklam_sirab_01

“Hesab edirəm ki, ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Artıq ABŞ-ın bəzi şirkətləri azad olunan ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etmək üçün əlaqələr qurublar. Əgər Azərbaycan ABŞ-ın daha çox şirkətinin investisiya qoymasında maraqlıdırsa, açıq tender keçirməsini tövsiyə edirəm. Bu tenderlər vasitəsilə ABŞ şirkətləri müraciət edə bilərlər. Bununla da Azərbaycanın hansı istiqamətlərdə maraqlı olduqlarını və buradakı inkişafa öz töhfələrini vermələrini dəqiq bilsinlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki