image-1626172335_turkey-embassador-in-ganca-17backend

Səfir: “Anadolunun təhlükəsizliyini Qafqazlarda görürük”

image-reklam_sirab_01

“Bizim üçün əsas prinsip Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Heydər Əliyevin “Bir millət – iki dövlət” sözləridir. Bizim mütəffiqliyimiz bu anlayışlara əsaslanır”.

Veteninfo.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda deyib.

“Dildə, işdə, fikirdə birlik reallığını görməliyik. Çanaqqala cəbhəsində savaşan azərbaycanlı qardaşlarımız var idi. Eyni zamanda, Nuru Paşanın rəhbərlik etdiyi, bolşevik istilasına qarşı savaşan orduda kərküklü, anadolulu, balkanlı türklər var idi. Onlar bu torpaqlarda şəhid olublar. Biz Anadolunun təhlükəsizliyini Qafqazlarda görən Səlcuqluların ideyalarını da rəhbər tutmalıyıq”, – diplomat vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki