image-018c269b-693f-3a24-a353-f22fb9fb547f_850backend

Səfirlik: ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti Azərbaycanın insan alverinə qarşı mübarizəsini dəstəkləməyə davam edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verilir.

Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar və Azərbaycan insan alveri ilə məşğul olanları mühakimə etmək, qurbanları mühafizə etmək və insan alveri hallarının qarşısını almaq kimi sahələrdə fəaliyyət göstərərək insan alverinə qarşı mübarizə aparır.

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycanın Daxili İşlər Nazirliyinin insan alveri qurbanlarının təhlükəsizliyini təmin etmək məqsədilə təşkil etdiyi sığınacağı ziyarət edib. Dövlət Departamenti və “USAID/Azerbaijan” Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki