image-thumbbackend

Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

image-reklam_sirab_01
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov

 Rəşad müəllim, bu gün dünyaya səs salan, Azərbaycanın adını tarixə qalib ölkə kimi əbədi yazan möhtəşəm Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Əsas missiyası, məqsəd və məramı Heydər Əliyev irsinin öyrənilməsi olan Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini necə şərh edərdiniz?

– Siz dogru qeyd etdiz, dünya hərb tarixinə qırmızı hərflərlə həkk olunan və qəhrəmanlıq salnaməsi kimi müzakirə mövzusu olan şanlı  zəfərimiz dahi azərbaycanlı, ulu öndər Heydər Əliyev siyasətinin, idealogiyasının məntiqi nəticəsi idi. Məhz onun başladıgı uğurlu siyasi kurs ilə cənab prezident İlham Əliyevin komandanlıgı ilə vətənimiz bütövləşdi. Məqsədi Heydər Əliyev irsinin öyrənilməsi olan Heydər Əliyev Fondu isə ötən illər ərzində səmərəli fəaliyyəti ilə ölkəmizi sərhədlərimizdən kənarda layiqincə təmsil edib, xalqımızın böyüklüyünün, ulu öndərin müdrikliyinin təcəssümünə çevrilən layihələr həyata keçirib. Bütün bunlarla bərabər, Ermənistanın Qarabağı və ətraf bölgələrimizi işğal etməsi ilə bağlı həqiqətləri bütün dünyaya yayıb. Bu məqsədlə müxtəlif dillərdə kitablar nəşr edib. Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğalçı, terrorçu dövlət olması, Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətməsi, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türklərə qarşı vəhşilikləri barədə geniş məlumatları müxtəlif vasitələrlə dünyaya yayıb, bu yöndə informasiya müharibəsinin aparılmasında önəmli rol oynayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə ermənilərin əsl simasını dünyaya göstərib, bir sıra ölkələrin parlamentlərinin Xocalı faciəsinin soyqırımı kimi tanıması istiqamətində fəal işlər görüb.

44 günlük müharibədə Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti danılmazdır.

 Azərbaycan qadınları tarixin bütün dövrlərində fədakarlıq nümunəsi olublar. Bu gün fəaliyyəti bütün dünya qadınlarına nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini,  UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uğurlarını hansı prinsiplər və amillər şərtləndirir?

– Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətində uğurları, saysız insanların mənəvi dostuna çevrilməsini, ilk növbədə, onun ali bəşəri dəyərlərə, humanizm ideallarına sadiqliyi ilə bağlayardım. Fond qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsi, milli-əxlaqi dəyərlərin qorunması, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı layihələrin icrası zamanı məhz həmin prinsipə-ali bəşəri dəyərlərin qorunmasına, yaşadılmasına xüsusi önəm verib. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyib: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Bəli, bu cür yüksək mənəvi dəyərlərə sadiq olan bir Azərbaycan xanımı “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”- deyir. Əslində, Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycanı yaşatmaq, dünyada tanıtmaq, nüfuzunu gücləndirmək, dahi Heydər Əliyevin arzularını gerçəkləşdirmək siyasətidir.

Mehriban xanım Əliyevanın uğurlarını şərtləndirən əsas   amillərdən biri də onun qarşıya qoyduğu hər hansı bir məqsədi gerçəkləşdirmək üçün göstərdiyi fədakarlıq, məsləki, məramı yolunda dönməzlik və  insanlara olan səmimi, həssas münasibətdir.

 Mehriban xanım Əliyevanın 44 günlük Vətən müharibəsində, həmçinin COVID-19 pandemiyası ilə bağlı  xalqa müraciətlərinə diqqət yetirdikdə dövlətinə, xalqına bağlı bir Azərbaycan vətəndaşının obrazını görürük. Bu müraciətlər eyni zamanda,  Vətən, torpaq sevgisi ilə yanaşı, bir ananın çağırışları baxımından    diqqət çəkdi. Mehriban xanım milli-mənəvi, ailə dəyərlərini hər şeydən üstün tutan müasir xanım  nümunəsidir…

– Yeri gəlmişkən, bununla bağlı bir məsələni xatırlatmağı zəruri bilirəm. Mehriban xanım Əliyeva İkinci Qarabağ müharibəsi günlərində özünün rəsmi “Twitter”, “İnstagram” səhifələrində paylaşımlar edərək, Uca Tanrının tezliklə hər bir vətəndaşımızı müqəddəs Qarabağ torpağına qovuşdurmasını diləyirdi. Bu istəyimizin gerçəkləşməsi üçün isə hər birimizin borcunun Azərbaycanın mövqeyini müdafiə etmək olduğunu xatırladırdı. Eyni zamanda, bunun nəinki döyüş meydanında, həm də kompüter qarşısında zəruriliyini bildirirdi. “Bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”, -deyə vurğulayırdı.

Mehriban xanımın arzusu 44 gün ərzində reallaşdı, Azərbaycan tarixi Zəfərə imza atdı. Xalqımız Azərbaycan tarixində qızıl hərflərlə yazılan Qələbə sevincini yaşadı. Torpağımızın bərpasına başlandı.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə mütəmadi olaraq işğaldan azad edilmiş torpaqlarımıza gedir, hər anın videogörüntülərini çəkərək, paylaşımlar edir, xalqımıza, eləcə də beynəlxalq aləmə ünvanladığı mesajlarla sevinc, iftixar hissini bölüşməklə bərabər, erməni barbarlığının doğurduğu acı nəticələri göstərir.

Mehriban xanım Əliyevanın 44 günlük Vətən müharibəsində olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı mübarizədə də daim xalqının yanındadır. Bununla bağlı müraciətlərində vəziyyətin son dərəcə ciddi olduğunu və bəlaya maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməklə qalib gələ biləcəyimizi vurğulayır: “Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!”,-deyir. Eyni zamanda, cəmiyyətə dəyərli tövsiyələrini də çatdırır, virusla mübarizə qaydalarına ciddi və səmərəli riayət edilməsini, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımızın isə adi həyat tərzinə, öz ailələrinin yanına tez qayıtmalarını arzulayır: “Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!”.

Bax, Mehriban xanımı insanlara sevdirən, doğmalaşdıran da məhz  budur-çətin, məsuliyyətli bir vaxtda bir ana həyəcan dolu çağırışlar edir, diqqəti insan sağlamlığının qorunmasına, ailə dəyərlərini hər şeydən üstün tutmağa yönəldir…

 Rəşad müəllim, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti istər dövlətimiz, istərsə də beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ən böyük mükafatı olan  xalqın sevgisini necə xarakterizə edərdiniz?

– Sualınızın cavabı ilə bağlı diqqəti Mehriban xanım Əliyevanın    çoxşaxəli fəaliyyətində bir məqama yönəltmək istərdim. Birinci vitse-prezidentin təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu   tərəfindən “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirilir, yüzlərlə insanın yerli klinikalarda müalicəsinə, habelə respublikanın müxtəlif tibb müəssisələrində və ya xarici ölkələrdə cərrahi əməliyyat olunmasına kömək edilir.

Fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində görülən işlər, reallaşdırılan tədbirlər də xüsusi diqqət çəkir. Qurum bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrası uğurla həyata keçirilir, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək uşaqların insulinlə təminatı gerçəkləşdirilir.

Bütün bunlarla bərabər, respublikada tibbi sığortanın hələ mövcud olmadığı illərdə ölkə daxilində və xaricində insanların müalicəsinin təşkili istiqamətində mühüm addımlar atılıb. Mehriban xanım Əliyevanın himayəsi ilə minlərlə xəstə üzərində ən mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilib, on minlərlə insana maddi-mənəvi dəstək göstərilib. Həmçinin, 2006-ci ildən etibarən bölgələrdə reallaşdırılan humanitar aksiyalarda cərrahi əməliyyatlar da Mehriban xanımın  tapşırığı və dəstəyi ilə gerçəkləşib.

Əlbəttə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşan bu kimi çoxsaylı layihələrin,  xeyriyyəçi, mərhəmətli missiyanın nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezidenti həm xalqımız ürəyində, həm də beynəlxalq aləmdə öz layiqli yerini tutub, nüfuzlu ictimai-siyasi xadim kimi tanınıb, dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki