image-52backend

Səhiyyə naziri əvəzi vətəndaşlara müraciət edib

image-reklam_sirab_01

“Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamlar aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil”.

Veteninfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

O vurğulayıb ki, pandemiya hələ bitməyib: “Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı, epidemoloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalarda qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image