image-0a5d72d9-24fd-31ca-b7a4-5dcc42759c8a_850-jfifbackend

Səmərqənddə AZAL-ın ilk reysi eniş edib

image-reklam_sirab_01

Özbəkistanın Səmərqənd şəhərinə “Azərbaycan​ Hava​ Yolları”nın (AZAL) ilk reysi eniş edib.

Oktyabrın 5-nə keçən gecə AZAL-ın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib. Milli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Səmərqənd vilayəti rəhbərinin müavini Rüstəm Kabilov Səmərqənd reysinin ilk sərnişinləri salamlayıb. O bildirib ki, bu reysin açılması Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turist sayının artırılması məqsədi daşıyır. O qeyd edib​ ki, reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Səmərqənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev diqqətə çatdırıb ki, bu reysin açılmasını səbirsizliklə gözləyirdilər: “Çünki Səmərqənddə 5 mindən çox azərbaycanlı yaşayır. Bu reysin açılması turizmin inkişafı ilə yanaşı, tələbələrin gediş-gəlişini də asanlaşdıracaq”.

“FlyKhiva” qrupunun baş direktoru Dilşod Xacayev vurğulayıb ki, təmsil etdiyim təşkilat AZAL-ın Özbəkistanda əsas tərəfdaşıdır: “Əminəm ki, iki şəhər arasında aviareysin açılması hər iki tərəfə öz töhfələrini verəcək. Ümid edirəm ki, Azərbaycan və Özbəkistanı arasında növbəti reysləri Urgenç, Namanqan şəhərlərinə olacaq və ölkələrimiz arasında əlaqələr daha möhkəmlənəcək”.

AZAL-ın mətbuat katibi Nərmin Xəlilova qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ortaq mədəniyyət, din və mədəniyyət ənənələri mövcuddur:”Səmərqənddə bu gün​ Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə ilk reysin açılmasının mühüm əhəmiyyəti var. AZAL, həmçinin Daşkəndə də uçuşlar həyata keçirilir”.

Qeyd edək ki, sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki