Veteninfo.az xəbər verir ki, 44 günlük müharibə zamanı işğalçı Ermənistanın Şuşa şəhərində yerləşən terrorçu dəstələri Azərbaycan ordusunun şhəri alacağını bildiklərindən, Azərbaycanın tarixi və mədəni irsininin ən qədim nümunələri olan Şuşa xalçalarını da şəhərdən çıxara biliblər.
Məlumata görə, Şuşa şəhərindən təqribi 160-dan çox müxtəlif illərə məxsus xalçalar İrəvana aparılıb.
Bunu edən isə özünü Şuşi Xalça Muzeyinin təsisçisi hesab edən,Vardan Astsatryan olub. Məlumata görə, Şuşadan oğulanan Azərbaycan xalçaları erməni xalçaları adı altında bir müddət əvvəl İrəvanda Aleksandr Tamanyan Milli Memarlıq Muzey İnstitutunda nümayiş etdirilib.Məlumata görə, Şuşadan oğurlanaraq İrəvana aparılan xalçalar əsasən 17-ci əsrə və 19-cu əsrə aid xalçalardı.