image-settarbackend

Səttar Möhbalıyev: “Azərbaycanla Macarıstan əlaqələrində yeni imkanlar açılır”

image-reklam_sirab_01

“Beynəlxalq münasibətlər sistemində yaşanan gərginlik, o cümlədən Rusiya-Ukrayana müharibəsinin səbəb olduğu böhran Azərbaycanın qüdrətini və dünya üçün dəyərini bir daha göstərdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti dünya liderlərinin və ekspertlərin də ifadə etdiyi kimi, bu gün böyük xilaskarlıq missiyasını uğurla yerinə yetirir. Məhz bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və reallaşdırdığı layihələrin dəyəri yüksək qiymətləndirilir. Avropanın üzləşdiyi enerji böhranının aradan qaldırılmasında mühüm rol oynayan ölkəmiz həm də etibarlı tərəfdaş kimi özündən bəhs etdirir. Təbii ki, bu aspektdə dövlətimizin başçısı cənab İlham Əliyevin balanslaşdırılmış siyasəti və Azərbaycanda mövcud olan möhkəm sabitlik son dərəcə vacib amillərdəndir ki, ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq mövqelərini gücləndirir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir: “Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün əhəmiyyətlidir, əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək. Bildiyimiz kimi, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq konteksində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Həmçinin hər iki ölkənin iqtisadi potensialı, imzalan sənədlər bu sahədə əmkdaşlıqda geniş imkanlar açır. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə bu ölkəyə 18,1 milyon ABŞ dolları investisiya yatırıb. Macarıstan enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz Dəhlizinə qoşulmaq istədiyini bildirir. Xüsusi olaraq vurğulayım ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədədir. Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir”.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin son səfəri zamanı Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla təkbətək və geniş tərkibdə görüşlərində səslənən fikirlər, irəli sürülən təşəbbüslər, həmçinin iki ölkə arasında imzalanan sənədlər bir daha göstərir ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində perspektivlər böyükdür və qarşıda yeni imkanlar açılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki