image-eeeeebackend

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur.

image-reklam_sirab_01

Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı ilə bir sıra amillər bağlayır. İslamın müqəddəs yerlərinin Səudiyyə Ərəbistanında yerləşməsi, hər il minlərlə azərbaycanlının bu yerləri ziyarət etməsi iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Azərbaycan və İslam-Ərəb dünyasının ayrılmaz hissəsi olan Səudiyyə Ərəbistanı münasibətlərinin qədim tarixi köklərə malik olduğunu qeyd etmək olar. Hələ orta əsrlər boyunca bir çox Azərbaycan şairləri ərəb dilində də böyük əsərlər yaradıblar.

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının mustəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. 1992-ci ildə Azərbaycan Respublikasının xarici islər naziri Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. 1994-cu ilin aprel ayında Azərbaycanın Səudiyyə Ərəbistanında Səfirliyi fəaliyyətə başlayıb. 13 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb. Səfərdən öncə Prezident Heydər Əliyev Binə Hava limanında müxbirin sualına cavab verib: “…İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm…”. Səfər çərçivəsində Heydər Əliyev İki Muqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təskilatı, İslam İnkisaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi səxslərlə danısıqlar aparıb. Səudiyyə Ərəbistanından vətənə yola düşərkən jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatla çıxış edib. Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirən Heydər Əliyev bildirib: “…Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır…”.

7 iyun 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşüb.

Görüş zamanı Saleh bin Hümeyd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının sabit və qətiyyətli mövqeyini bir daha vurğulayıb. Prezident Heydər Əliyev öz çıxışında qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SƏK-ə 8 mart 2005-ci ildə həyata keçirilən səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi rola malikdir. Bu səfər Azərbaycan-SƏK münasibətlərində yeni mərhələ olub. Prezident İlham Əliyev ilə vəliəhd, Baş nazirin birinci müavini, Milli Qvardiyanın rəisi Əmir Abdulla bin Əbdüləziz Al Səud arasında qısa görüş olub. Görüşdən sonra Əmir Abdulla bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verib. Prezident İlham Əliyev ölkənin ən kütləvi tirajlı mətbuat orqanı olan “Ər-Riyad” qəzetinə, habelə Səudiyyə Ərəbistanının hökumət televiziya xidmətinə müsahibə verib.Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında sənədlərin imzalanması mərasimi olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Ciddədən İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkəyə ümrə ziyarətinə gediblər. Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyev Əl-Həram məscidinə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Kəəbəni ziyarət etdikdən sonra jurnalistlərə qısa müsahibə verib.  Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda Ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Bu sahə üzrə Azərbaycanda dünya səviyyəli alimlər yetişib. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan və SƏK arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 10-17 noyabr 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam səhərlərində Azərbaycanın mədəniyyət gunləri kecirilib. Mədəniyyət gunlərində Azərbaycanın elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti istirak edib.18 yanvar 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfiri Əli Həsən Əhməd Cəfər iki olkə arasında dostluq və əməkdaslıq əlaqələrinin inkisaf etdirilməsində xidmətlərinə gorə “Söhrət” ordeni ilə təltif olunub. 29 mart 2010-cu ildə Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib.

Səudiyyə Ərəbistanı öz enerji ehtiyatlarına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bu ölkə dünya birliyində, xüsusilə İslam ölkələrində yüksək nüfuza malikdir. SƏK Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın haqlı mövqetini müdafiə etdiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələri dəstəklədiyini dəfələrlə bəyan edib. SƏK həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını da qəti şəkildə bəyan edib.

 

Niftiyeva Günel. Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki