image-769b2f6f-8aa1-358c-b5b8-b60f85b8852d_850backend

Səudiyyə kralı vəliəhdi Baş nazir təyin edib

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin edib.

Bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Bununla yanaşı, vurğulanır ki, Salman bin Əbdüləziz Əl Səudun şəxsən iştirak etdiyi hökumət iclasları onun (kral – red.) sədrliyi ilə keçiriləcək.

Həmçinin Səudiyyə Kralının fərmanı ilə Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.

Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki