Müğənni Sevda Yahyayeva toyunda geyindiyi türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan gəlinliyini satdığını bildirib.
Veteninfo.az xəbər verir ki, bu barədə müğənni “Deməsəm olmaz” verilişində qonaq olarkən məlumat verib.
Qeyd edək ki, S.Yahyayeva ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusi onun üçün hazırlanıb.
Bildirək ki, müğənni həkim-genetik Zakir Bayramovla ailəlidir.