image-529cd93e-c9f3-43a7-93f4-b4f681f4a257backend

Seymur Orucov dünya çempionatında qızıl medal qazanmış idmançı İlyas İsayevlə görüşüb

image-reklam_sirab_01

Seymur Orucov  İtaliyanın paytaxtı Romada yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə dünya çempionatında qızıl medal qazanmış Ağstafanın Köçvəlili kəndindən olan  İlyas İsayevlə görüşüb.

Ağstafa RİH başçısı aparatında keçirilən görüşdə başçının müavinləri, dünya çempionunun atası Mehman İsayev və rayonun idman sahəsinin məsul şəxsləri iştirak ediblər.

Seymur Orucov ölkəmiz adına bu böyük uğur münasibəti ilə İlyası və atasını təbrik edərək bildirib ki, onunla cəmi bir ay öncə Rumıniyanın paytaxtı Buxarestə keçirilən Avropa çempionatının qızıl mükafatçısı kimi görüşüb və artıq bu gün dünya çempionu kimi təbrik etmək, İlyasın yaxın gələcəkdə olimpiya oyunlarının yüksək kürsüsündə himnimizin sədaları altında üçrəngli bayrağımızı dalğalandıracağına böyük ümidlər yaradır. İcra başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı ilə ölkəmizin idman sahəsində yaradılan ideal şərait və bunun müqabilində idmançılara göstərilən böyük etimadın İlyas tərəfindən tam olaraq doğrulacağına əminliyini ifadə edib.

Öz növbəsində dünya çempionu çıxış edərək bütün ağstafalı gənclər adından Prezident İlham Əliyevə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlığını bildirib. 29-31 iyul 2022-ci il tarixdə İtialiyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında 65 kq çəki dərəcəsində çıxışı barədə məlumat verərək bildirib ki, o, ardıcıl olaraq iranlı, türkmənistanlı, qazaxıstanlı və gürcüstanlı güləşçiləri yenərək finala adlayıb. Həlledici görüşdə isə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.

image-206fad62-55e5-4ca0-8a9d-8ca69b61a75c image-529cd93e-c9f3-43a7-93f4-b4f681f4a257 image-c1397beb-a951-4a30-a8f8-a772ac8be415 image-9cc17308-d502-47f1-8292-1f919da789c3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki