image-d761181f-31b2-3e8a-b697-303650097119_850backend

Şimali Koreya koronavirus üzərində qələbə qazandığını açıqlayıb

image-reklam_sirab_01

Koreya Xalq Demokratik Respublikası (KXDR) koronavirus üzərində qələbə qazandığını açıqlayıb.

Qeyd edilir ki, KXDR-də ardıcıl yeddi gün ərzində COVID-19-a yoluxma halı qeydə alınmayıb. Ölkənin sabitlik mərhələsinə qədəm qoyduğu bildirilir.

Şimali Koreya mətbuatının yazdığına görə, KXDR hakimiyyətinin qızdırma adlandırdığı, may ayında başlayan xəstəliyin epidemiyası məğlub olub.

“Son bir həftə ərzində yeni qızdırma halları qeydə alınmayıb və müalicə olunanların hamısı sağalıb”, – Koreyanın Mərkəzi Xəbər Agentliyinin açıqlamasında deyilir.

KXDR hakimiyyəti COVID-19-a yoluxanların ümumi sayı barədə məlumat vermir. Rəsmi məlumata görə, aprelin sonundan bəri 4,77 milyon insan sağalıb, 74 nəfər dünyasını dəyişib. Beləliklə, ölüm nisbəti 0,002% təşkil edir ki, bu da dünyada ən aşağı göstəricidir.

Bəzi ekspertlər ölüm nisbətlərinin çox aşağı qiymətləndirildiyini vurğulayırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki