image-f752cd3c-9343-320d-a1e8-62992a802968_850backend

Şimali Makedoniyada nümayişçilərlə toqquşmalarda 47 polis yaralanıb

image-reklam_sirab_01

Şimali Makedoniya Assambleyası (Parlamenti) qarşısında nümayişçilərlə toqquşmalar zamanı 47 polis əməkdaşı yaralanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, paytaxt Skopyedə sayca dördüncü etiraz aksiyasının keçirilməsinə səbəb Fransanın Bolqarıstan və Şimali Makedoniya arasında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq təklifidir.

Etirazçılar isə sənəddə yer aldığı iddia olunan bolqarlara ediləcək güzəştlərlə razılaşmırlar. Onlar hesab edirlər ki, bununla makedoniyalıların milli, mədəni, tarixi, hüquqi maraqları pozulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki