11 mart 2022-ci il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə Şirvan şəhərində zərərin azaldılması üzrə maarifləndirmə tədbiri keçirilib.
Tədbirin məqsədi inyeksion narkotik istifadəçiləri arasında HİV, hepatitlər və digər qan yolu ilə ötürülən infeksiyalar barədə məlumatlılığın artırılması, riskli davranışların qarşısının alınması və sağlamlığın qorunmasına dair maarifləndirmənin aparılması olub.
Tədbir zamanı iştirakçılara HİV və digər infeksiyalardan qorunma yolları, erkən müayinənin əhəmiyyəti və zərərin azaldılması xidmətləri barədə məlumat verilib. Eyni zamanda, təşkilatın Şirvan şəhərində fəaliyyət göstərən autriç xidməti əməkdaşları da maarifləndirilib, onların risk qrupları ilə iş zamanı profilaktik və maarifləndirici yanaşmaları diqqətə çatdırılıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması və fərdi maarifləndirici söhbətlərlə davam etdirilib.
AİDS-lə Mübarizə İctimai Birliyi zərərin azaldılması və HİV-in profilaktikası istiqamətində maarifləndirmə fəaliyyətlərini davam etdirir.


























