image-reklam-veteninfo
image-gulselbackend

SİYASİ EKSPERT: Əks halda, Azərbaycan tərəfi də cavabı çox gözlətməyəcək…

image-reklam-veteninfo

Rusiyanın “60 dəqiqə” verilişinin efirində Azərbaycana qarşı səsləndirilmiş təhdidlərinin cavabı veriləcək. Gəl ki, bu kobud səhvin arxasında duran şəxslər Putinə yaxşılıq edirmi?!

 

Bunu Vətəninfo.az-a açıqlamasında siyasi ekspert Gülsel Səfərova bildirib. Siyasi ekspert qeyd edib ki, Prezident Ilham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın fevralda Rusiya KİV nümayəndələri ilə görüşü orada bəzi təbəqələrdəki qüvvələri çox narahat edib: “Görüşdəki suallara Prezidentin konstruktiv və dəqiq cavabları sonra müzakirə olundu. Orada Türkiyə-Azərbaycan münasibətlərinə dair xüsusi hazırlanmış suallar var idi. Aydın idi ki, Şuşa bəyannaməsi Rusiya üçün narahatedici məqam idi.  “60 dəqiqə” verilişində də buna xüsusi eyham vuruldu. Ukrayna və Rusiya arasındakı müharibəni daha çox Qərb-Rusiya münaqişəsi kimi qəbul edirəm”. Gülsel Səfərovanın sözlərinə görə,müharibənin qızğın vaxtında belə yeni reallıqlar ortaya çıxır. Azərbaycanın Ukraynaya humanitar yardımlarının göndərməsini Rusiyada  “azərbaycansevərləri” qıcıqlandırmaya bilməzdi: “Dumanın üzvləri və ya bir neçə jurnalistlər Azərbaycanın müstəqil siyasət yürütdüyünü və Avropanın alternativ enerji təchizatçısı rolunda olduğunu həzm edə bilmir. Bu aydındır. Amma belə gərgin vaxtda efirdə “Azərbaycan cəzalanmalıdır” kimi sərsəm ifadələrin işlənməsi elə Rusiyanın özünə qarşıdır, milli maraqlarına ziddir. Rusiya indi tərəfdaşlarını saxlamalıdır, düşmənlərinin sayının artmasının əvəzinə”. Siyasi ekspert deyib ki, ümumiyyətlə,Rusiya hökuməti “60dəqiqə” verilişin özünə cəza kəsməlidir. Çünki verilişdə Rusiya-Azərbaycan münasibətlərinə zərbə vuran növbəti fikirlər səsləndirilirdi: “Bunun qabağını Kreml özü almalıdır. Düşünürəm ki, Rusiyadakı Azərbaycan icması hökumətdən bunu tələb etsə məqsədəuyğun olar. Əks halda, Azərbaycan tərəfi də cavabı çox gözlətməyəcək. O ki, qaldı Azərbaycana!?Azərbaycanın geosiyasi vəziyyəti bütün proseslərdən milli maraqları çərçivəsində çıxmağa imkan verir.  Azərbaycan beynəlxlaq hüquqda təsbit olunmuş öz torpaqlarında başqa ölkənin ordusunu çıxartmaqla məşğuldur. Azərbaycan başqa dövlətin torpağına hücum edib orada öz ərazisini genişləndirməklə məşğul deyil. Azərbaycan xalqı və dövləti birdir, yekdildir və dəmir yumruqla həmrəydir”.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki