image-9f2fb4cd-0bec-3978-8b4b-245110134e5a_850backend

Slovakiya Prezidenti Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında sənədi ratifikasiya edib

image-reklam_sirab_01

Slovakiya Prezidenti Zuzana Çaputova Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Bu barədə “TA3” telekanalı Prezidentin mətbuat katibi Martin Strijinetsə istinadən məlumat verib.

“Hər iki Skandinaviya ölkəsi Alyansa qoşulmaqla, həmçinin müdafiə imkanları ilə müttəfiqliyi daha da gücləndirəcək və bununla da ümumi təhlükəsizliyimizi artıracaq. Yeni müttəfiqlərimizin olmasına şadam”, – Prezident bildirib.

Xatırladaq ki, Slovakiyanın Milli Şurası (parlamenti) İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmişdi.

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Alyansa qoşulmaq üçün NATO-nun Baş katibinə ərizə təqdim ediblər. Əvvəlcə Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını dəstəkləməsə də, iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzalayıblar. Türkiyə də öz növbəsində bu iki Avropa ölkəsinin NATO-ya daxil olmasına etirazını geri götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki