image-armenbackend

Soçi görüşünün yekun bəyanatı məyusedicidir

image-reklam_sirab_01

Armen Aşotyan öz Facebook səhifəsində yazır:

.
“Baxmayaraq ki, görüşdən əvvəl siyasi və informasiya axınlarında Qarabağın müəyyən subyektivliyi ilə bağlı fikirlər intensiv şəkildə tirajlanırdı, lakin bəyanatın faktiki mətnində Dağlıq Qarabağın adı tamamilə yoxdur. Hətta Rusiya sülhməramlılarının missiyasına istinad edən hissədə də “Artsax” coğrafi baxımdan belə qeyd olunmur.Əvəzində “onun (missiyasının) yerində” ifadəsi işlədilir”.

Vətəninfo.az xəbər verir ki,bunu ötən gün Soçidə baş tutan Azərbaycan-Rusiya və Ermənistanın baş naziri Nikol Paşinyan görüşündən sonra, erməni siyasi ekspert Armen Aşotyan öz facebook səhifəsində paylaşıb.

Armen Aşotyan bildirib ki,Rusiya prezidenti bəyanat layihəsinin bəzi hissələrinin çıxarıldığına eyham vurub. Baxmayaraq ki, təbii ki, mətnin ilkin variantını görmək maraqlı olardı, amma fakt faktlığında qalır ki, Azərbaycan hər şeyə görə Qarabağa istinadları mətndən çıxara bilib:

“Və belə bir sənəddə Alma-Atanın 1991-ci il bəyannaməsinin qeyd edilməsi heç də başa düşülən deyil. Biz bu bəyannamə haqqında dəfələrlə danışmışıq və yenə də danışacağıq.
Biz dəfələrlə bəyan etmişik ki, biz nizamlanmanın “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun perspektivindən və imkanından keçməyəcək belə variantının tərəfdarı olacağıq”

 

Zərri

Vətəninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki