image-7848ff99-bfc0-3dcd-9261-4213685e2f22_850backend

Solomon Kvirkveliya: “Neftçi” azarkeşlərindən 1500-dək mesaj almışdım”

image-reklam_sirab_01

“Bu komanda haqqında çox şey bilir və eşitmişəm. Çox yaxşı tarixi klubdur”.

Bunu “Neftçi”nin yeni transferi Solomon Kvirkveliya klub televiziyasına müsahibəsində deyib.

Gürcüstan yığmasının müdafiəçisi aldığı təklifə dərhal razılıq verdiyini bildirib: “Belə bir şans yarananda bir an da düşünmədim, “mən hazıram” dedim. Mənə zəng edərək, 2 illik müqavilə ilə bağlı, demək olar ki, razılığa gələndə dərhal evdə əşyalarımı toplayıb tibbi müayinə üçün Türkiyənin Antalya bölgəsinə uçdum. Çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum. Çünki bu, tarixi olan çox güclü klubdur, davamlı olaraq avrokuboklarda çıxış edir və Azərbaycan çempionluğu uğrunda mübarizə aparır. Buna görə də müqavilə bağlayıb-bağlamamaq haqda düşünməyə və ya tərəddüd etməyə bir səbəb yox idi”.

30 yaşlı oyunçu yeni komandadakı hədəflərindən də danışıb: “Harada oynayıramsa, həmişə maksimum hədəflərim olur. Yenə deyirəm, bu komanda yüksək səviyyədədir və çox yaxşı futbolçuları var. Bütün futbolçular çox yaxşı başa düşürlər ki, burada yalnız birinci yer uğrunda mübarizə aparmaq lazımdır”.

O, komandaya uyğunlaşmasında kapitan Emin Mahmudovun da rolunun olduğunu vurğulayıb: “Uyğunlaşma prosesi mənim üçün çox asan oldu. Çoxdan tanıdğım kapitanımız Emin Mahmudov məni komandaya çox gözəl qəbul etdi. Rusiyada uzun illər qarşı-qarşıya oynadığım uşaqlar var. Belə bir hissiyatım var, sanki azı 2 ildir buradayam”.

Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesi barədə də danışan Kvirkveliya toplanışın əla getdiyini dilə gətirib: “Bu, belə də olmalıdır. Biz məşq edirik. Ən əsası odur ki, bütün futbolçular sağlamdır və yükləmələrdən sonra hamı özünü yaxşı hiss edir. Artıq iki yoldaşlıq oyunu keçirmişik. İlk matç mənim üçün çətin oldu. Bəlkə, çox da çətin olmadı, amma ikinci oyundakı kimi rahat deyildi. Gündən-günə, oyundan-oyuna forma yığırıq və özümüzü daha da yaxşı hiss edirik. Məşqçimiz şəxsən mənim üçün həm məşqçi, həm də bir insan kimi çox yaxşıdır. Mən bura gələndə o mənə çox dəstək oldu. Dedi ki, məşqdə nəsə alınmasa, məni həmişə dəstəkləyəcək. Mənim də onun dəstəyinə ehtiyacım var idi. Bunun üçün ona minnətdaram və hər gün daha yaxşı məşq edib özümü göstərməyə hazıram”.

Yeni transfer “Neftçi”nin çox yaxşı azarkeşlərə malik olduğunu da diqqətə çatdırıb: “Müqavilə bağlamağım haqda söz-söhbət yarananda onlar mənə çox yazırdılar. Haradasa 1000-1500 mesaj yazıb soruşurdular ki, bu doğrudurmu? Amma o vaxt rəsmi müqavilə imzalamamışdım deyə, onlara cavab verə bilmirdim. Azarkeşlərdən hiss etdiklərimə, kluba keçidimdən məmnun olduqlarına görə onlara təşəkkür edirəm”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki