image-bebcddfd-1a3e-3f30-84df-cdaf81496919_850backend

Somalidə bir gündə üç terror aktı törədilib, rəsmi şəxslər ölüb

image-reklam_sirab_01

Somalidə bir gündə (3 oktyabr – Red) üç terror aktı törədilib.

Birinci partlayış Beledveyn şəhərindəki hərbi bazanın yaxınlığında, ikincisi isə inzibati binada baş verib.

Hər iki halda partlayıcı ilə doldurulmuş avtomobillərdən istifadə edilib.

Üçüncü partlayışın məqsədi ilk iki partlayışdan sonra xilasetmə əməliyyatı aparmaq üçün gələn Efiopiya və Cibutidən olan qoşun karvanının yanından keçən polis bölməsi olub.

Terror aktları nəticəsində 20 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölənlər arasında Hirşabelle ştatının səhiyyə naziri Zəkəriyyə Məhəmmədna, Hirşabelle ştatının parlamentinin üzvü, Hiran bölgəsi qubernatorunun müavini və bir polis polkovniki də var.

Səlahiyyətlilər partlayışlara görə “Əş-Şəbab” terror təşkilatının məsuliyyət daşıdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki