image-04backend

Sosial artımlar nikbin proqnozlar vəd edir

image-reklam_sirab_01

Son illər ölkəmizdə əmək haqqlarının, pensiaların və digər ödənişlərin davamlı şəkildə artımını müşahidə edirik və sözsüz ki, bütün bunlar vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda son üç il yarım müddət ərzində minimum pensiaların 82 faiz, orta statistik pensiayanın həcmi isə 60 faiz artıb. Xüsusilə, son 10 il, yaxud 15 il ərzindəki dinamikaya nəzər salsaq, bir sıra məqamlara aydınlıq gətirə və kifayət qədər böyük artım olduğu qənaətinə gələ bilərik. Pensiyaların, müavinətlərin, sosial təyinatlı ödəmələrin artımı, bütün bunlar iqtisadiyyatla bilavasitə bağlı məsələlərdir. Daha dəqiq desək, sosial ödənişlərin artımı birbaşa dövlətin iqtisadi potensialından asılıdır və əgər biz son illər belə artımları mütəmadi olaraq müşahidə ediriksə, deməli, ölkəmizin iqtisadi potensialı daha da artmaqdadır ki, bunun öhdəsindən layiqincə gəlinir.
Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə təkcə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Prezidentin digər Sərəncamı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları artırılib. Artımlar demək olar ki, bütün sahələri əhatə edib.
Sevindirici haldır ki, bütün dünya ölkələrində böhranlı vəziyyətin hökm sürdüyü bir zamanda, pandemiyanın zərərli təsirlərinə məruz qaldığı bir vaxtda ölkəmizin iqtisadiyyatında dinamik irəliləyiş müşahidə olunur və məhz bu imkan verir ki, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atılsın, artımlar edilsin. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənaye sahələri və digər sahələr üçün geniş imkan mövcuddur və bu imkanlar daha böyük uğurlar, nəticələr vəd edir. Təbii ki, bunun üçün, qeyd etdiyimiz kimi, sərmayə, kapital qoyuluşları, istehsalın genişləndirilməsi tələb olunur və bu istiqamətdə də uğurlu addımlar atılır. Ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün istiqamətlərində dövlətimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti daha böyük nəticələrə zəmin yaradır və artıq təsdiq olunan əmək haqqı, pensiya və digər artımların davamlı olacağına şübhə yeri qalmır. Əslində, sözügedən artımlar gələcək üçün nikbin proqnozlar vəd edir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki