Şri Lankanın yeni dövlət başçısı Ranil Vikramasinqhe nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyinə söz verib.
“Siz hökuməti devirməyə, prezidentin və baş nazirin ofislərini ələ keçirməyə cəhd etsəniz, bu, demokratiya yox, qanunazidd addım olacaq”, – yeni dövlət başçısı deyib.
Ranil Vikramasinqhe siyasi sistemin dəyişdirilməsini tələb edən etirazçıların azlığının səssiz çoxluğun istəklərini boğmasına imkan verməyəcəklərini bildirib.


























