Məşhur aktyor, rejissor Silvestr Stallone sosial şəbəkədə “Rokki” filminin prodüseri İrvin Uinkleri tənqid edib.
Stallonenin sözlərini “Deadline” nəşri sitat gətirir.
Sənətçi boksçu “İvan Draqo” və oğlu haqqında spin-ofun (spin off – hər hansı filmdə yer almış hekayənin, hadisənin, obrazın və s. ayrıca, olaraq sırf o barədə hazırlanmış versiyasıdır) hazrılanması ilə bağlı xəbərdən hiddətlənib.
“Daha bir acı xəbər. Yenə yazıq prodüser və onun eqoist yararsız uşaqları (onlar da prodüserdirlər – red.) gözəl bir xarakterdən qalan sümükləri yığırlar. Siz ümumiyyətlə güzgüyə necə baxa bilirsiniz? Fanatlardan üzr istəyirəm, heç vaxt istəməzdim ki, “Rokki” xəsisliyin qurbanı olsun”, – aktyor narazı halda qeyd edib.
Stallone və Uinkler uzun müddət məşhur filmin hüquqları üstündə mübahisə ediblər. Gələn il seriyanın 9-cu hissəsi olan “Krid 3” ekranlara çıxmalıdır. Bu, aktyor heyətində Stallonenin yer almadığı ilk film olacaq.