image-photo-2021-10-28-21-52-33backend

Strateji tərəfdaşlığın tükənməz perspektivliyi.

image-reklam_sirab_01

Azərbaycanın qədim şəhəri olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlara həkk olundu. Azərbaycan-Türkiyə münasibətləri hər zaman çoxölçülü, dərinliyinə və potensialına görə başqa ölkələrlərin əlaqələri ilə müqayisə oluna bilinməyəcək qədər xüsusi keyfiyyətə malik olub.

2021-ci il iyunun 15-i tarixində Azərbaycan Prezidenti İlham Əliyevin dediklərinə əsasən, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında olan münasibəti möhkəmləndirib və əbədi etdi. “Bir millət, iki dövlət şüarı”, Türkiyə ilə Azərbaycan arasında olan qardaşlığın əsas təməlidir və Şuşa Bəyannaməsi ilə bu təməl yeni bir tarixə imza atdı. Bu bəyannamə, iki dövlət arasında olan münasibəti gücləndirəcək və bu münasibət gücləndikcə daha da inkişaf edəcəkdir. Türkiyə və Azərbaycan arasında olan bəyannəmənin məzmunu bir çox şeyi əhatə etdiyi kimi, gələcəkdə regional xarakter daşıyacağının mümkünlüyünü bildirir. Şuşa Bəyannaməsinin məhz Qars sülh müqaviləsinin 100-cü il dönümü  və Qurtuluş günü  ilə üst-üstə düşməsinin xüsusi bir rəmzi var. Çünki biz bu bölgə üzərində digər xarici dövlətlərin açıq mübarizəsini müşahidə edirik. Lakin bundan sonra bu mübarizə yalnız Azərbaycanın xeyrinə çevriləcək.  Çünki bu bölgə əbədi olaraq öz sahiblərinə qayıtdı. Azərbaycanın Prezidenti Şuşa Bəyannaməsini imazalayərkən hər kəsin yadına Qars sülh müqaviləsini saldı. O qeyd etdi: Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Şuşa Bəyannaməsində tərəflər, iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqlarını ifadə etdilər və bütün səviyyələrdə siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğuladılar. Prezident, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbə qazandığını və Ermənistanın 30 ildir davam edən təcavüzkar siyasətini dayandırdığını, torpaqlarını işğaldan azad etdiyini, tarixi ədaləti və beynəlxalq hüququ  yenidən bərpa etdiyini vurğuladı.

Azərbaycan və Türkiyə arasında olan müqavilə bir çox sahələridə əhatə edir. Biz bura iki ölkə arasında olan hərbi-siyasi müttəfiqlik və iqtisadi-ticari əlaqələrinin vacibliyini də qeyd etməliyik. Bəyannamədə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulmuşdur. Lakin xüsusilə də hərbi müttəfiqlik məsələsi öz vacibliyini göstərir. Bəyannamədə deyilir“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyə təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

Qərbi Kaspi Universitetinin doktorantı- Ağayev Tahir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki