image-img-20220623-wa0061backend

Strateji tərəfdaşlıq Bəyannaməsi

image-reklam_sirab_01

Strateji tərəfdaşlıq Bəyannaməsi

 

Özbəkstanda rəsmi səfərdə olan Prezident İlham Əliyev bəyanatla çıxış etmişdir. bəyanatda qeyd olunur ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılmışdır və bu proses bundan sonra da belə davam edəcəkdir. Rəsmi səfər zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaqdır.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritet isyiqamətləri əksini tapmış, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunmuş, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilmişdir.

Qeyd olunmuşdur ki, bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır. Ölkələrimiz arasında münasibətlər daha möhkəm, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaqdır. Bunun əsasını liderlərin siyasi iradəsi və mövcud iqtisadi zəminlər təşkil edir.

Azərbaycan-Özbəkstan arasında nəzərdə tutulan hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.  Çünki bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlarda təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələləri gündəlik diqqət tələb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı şəkildə möhkəmləndirəcək və gələcək addımlarımızı birgə planlaşdıracağıq.

Ölkələrimiz arasında imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər qarşılıqlı dəstək şəraitində daimi diqqət mərkəzində olacaqdır. Bu rəsmi səfərin ölkələrimiz arasında dostluğun və strateji tərəfdaşlığın yeni siyasi müstəviyə keçməsində tarixi əhəmiyyəti böyükdür.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki