image-01-4backend

Sülh naminə danışıqların aparılması labüddür

image-reklam_sirab_01

 Azərbaycan Respublikası tarixi bir sivilizasiya ölkəsi olaraq hər zaman öz sülhsevərliyi ilə və eyni zamanda sülh şəraitində dostluq və əməkdaşlıq münasibətlərini üstün tutaraq hər zaman dəyərləndirilməsinin tərəfdaşıdır. Ötən əsrinə əvvəllərinə – XX illərə nəzər salsaq görərik ki , Şərqdə ilk dəfə Demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti sülhün, əməkdaşlığın o cümlədən qonşuluq münasibətlərinin və bir sözlə dövlətlərin qarşılıqlı olaraq müsbət keyfiyyətlərinin inkişaf etdirilməsi məsələsi olduqca önəmli və dəyərli olaraq labüd hesab etmişdir.

Yeri gəlmişkən onuda qeyd edim ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi,demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixi ənənəviliyin parlaq səhifəsidir.

Nümunə olaraq Azərbaycan hər zaman sülh, əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşamasına dair dövlətin ərazi bütövlüyünü qoruyub saxlanması eyni zamanda bununla bağlı zəruri mühüm addımlar ataraq 3 tərəfli “10 Noyabr” bəyanatını imzalayaraq ölkəni BMT nin qətnamələrinə uyğun şəkildə həll edərək beynəlxalq münasibətlərdə mühüm yer tutmuşdur. Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biridə ölkənin ərazi bütövlüyünün gerçəkləşməsindən ibarət idi.

Azərbaycan dövləti Sülh və regionun inkişafı naminə danışıqların aparılmasına hər zaman hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır

Elxan Huseynzadə Azərbaycan İlahiyyat İnstitutu

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki