image-fb_img_1628539024991backend

Sülh sazişi ermənilərin “Böyük Ermənistan” arzusun tarixə qovuşduracaq – Səxavət Məmməd yazır

image-reklam_sirab_01

Müharibələri bitirən sülh sazişidir. Hazırda Ermənistanla Azərbaycan arasında nəinki sülh sazişi, heç təklif, danışıq, buna cəhd belə yoxdur. Azərbaycan tərəfi təklif irəli sürür.

Erməni tərəfi bu təklifləri görməzdən gəlir. Əslində belə olacağı da gözlənilən idi. Sülh sazişi demək iki dövlətin bir-birini, suverenliyini, ərazi bütövlüyünü, sərhəddini tanıması deməkdir. Erməni tərəfi bunları tanıyarsa, nəinki Qarabağdan rəsmi olaraq vaz keçəcək, bu həm də o anlama gələcək ki, yüz illərdir xəyalını qurduqları “Böyük Ermənistan” arzusu da rəsmi olaraq tarix olacaq. Bu erməni ideologiyasının da süqutu olar.
Açığı cəmiyyəti ən çox düşündürən sual atəşkəsin pozulmasıdır.
Atəşkəsin pozulması qeyri-adi bir şey deyil. Niyə? Çünki sərhəddin dəqiqləşməsi üçün heç bir komissiya, heç bir masa yoxdur. Hər şey iki tərəfdən də hərbçilərin öhtəsindədir. Hərbçilərin bildiyi və bacardığı həll üsulu isə silahladır.
Azərbaycan tərəfi yay sonu, payızın ortasına qədər əlindən gəldiyi qədər təzyiq etməyə məcburdur ki, qarşı tərəf sülhə gəlsin. Əgər bu baş tutmayacaqsan, proses ən azı bir il daha uzanacaq. Azərbaycan tərəfi bunun üçün addımlar atır? Bəli. Elə məsələlər var ki, onu yazmaq indiki məqamda doğru deyil. Erməni tərəfi sadəcə olaraq dirənir, informasiyaları öz cəmiyyətindən gizlədir.
Azərbaycan tərəfi təzyiqi bundan sonra nə qədər artıra bilər, onu bilmirəm. Çünki elə şeylər var ki, onun riski böyükdür.
Müharibədən əvvəl yalandan da olsa diplomatların görüşü baş tuturdu. İndi təmaslar sıfırdır. Erməni tərəfi XİN rəhbəri belə təyin etmir. Guya diplomat tapmırlar? Sadəcə vaxt uzadırlar. Yaxşı bilirlər ki, qışda o ərazidə qalstuklu müəllimlər heç bir iş görə bilməyəcəklər. Tək çıxış yolu yaxşı hesablanmış, sonra problem yaratma ehtimalı olmayan təzyiqlərdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image