image-16735240264019755383_1200x630backend

Sülh üçün son fürsət – ŞƏRH

image-reklam_sirab_01

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ötən il ərzində dövlətin həyata keçirdiyi daxili və xarici siyasət istiqamətlərində əldə olunmuş nailiyyətlər və yeni ildə qarşıda duran vəzifələr haqqında geniş təsəvvür yaratdı.

Qarabağ və Şərqi Zəngəzur ərazisində aparılan genişmiqyaslı quruculuq işləri haqqında danışan dövlətimizin başçısı azad olunmuş rayonların bir çoxuna artıq bu il Böyük Qayıdışın başlanacağını bildirdi. Dövlətimizin başçısı ölkədə aparılan davamlı islahatların nəticəsi kimi, ötən il ərzində ümumdaxili məhsulun rekord həddə yüksəlməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi ilə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, eləcə də əhalinin sosial təminatının gücləndirilməsi ilə bağlı məsələləri geniş və ətraflı şərh etdi. Ölkəmizin hərbi qüdrətinin artırılması ilə bağlı sualları cavblandırarkən Prezident İlham Əliyev Ordumuzun daha müasir standartlar əsasında davamlı olaraq təkmilləşdirilməsini bildirdi və hazırda dünyada gedən proseslərə adekvat olaraq gələn illər ərzində müdafiə sənayesinin daha yüksək templərlə inkişaf etdiriləcəyini bəyan etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan–Avropa münasibətləri haqqında danışan Prezident İlham Əliyev keçən il ərzində Avropa İttifaqı ilə enerji sektorunda strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində iki vacib sənədin imzalanmasını xatırlatdı və bu əməkdaşlığın ildən ilə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirdi. Şərqlə Qərb arasında vacib nəqliyyat kommunikasiyalarının məhz Azərbaycan ərazisində qovuşması Azərbaycanın tranzit ölkə rolunu ön plana çıxarır. Bu səbəbdən avtomobil və dəmir yollarının, hava nəqliyyatı və dəniz ticarəti yollarının şaxələndirilməsi və ötürücülük qabiliyyətinin artırılması da qarşıda duran mühüm vəzifələr kimi səciyyələndirildi.

“Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlardan danışan ölkə Prezidenti keçən iki il ərzində Vətən müharibəsinin nəticələrinin bütün dünya tərəfindən qəbul olunduğunu qeyd etdi. Ölkəmizin milli maraqlarına tamamilə uyğun olan yeni reallıqların dünya tərəfindən tanınması keçən ilin diplomatik uğurları kimi xarakterizə olundu. Azərbaycanın beynəlxalq siyasətdə ildən ilə artan rolu haqqında danışan Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu dəyərləndirdi və bölgədə sülhün bərqərar olunması üçün lazımi addımların atıldığını bildirdi. Müsahibədə şərh olunan siyasi məsələlər arasında Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması perspektivləri də var idi. Ölkə Prezidenti Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması üçün 2023-cü ilin son fürsət olduğunu bəyan etdi”, – deyə deputat bildirib.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Fransa–Azərbaycan münasibətlərindən də danışdığını qeyd edən Cavanşir Feyziyev deyib: “Dövlətimizin başçısı Fransanın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasına yanaşmasını isə anlaşılmaz adlandırıb. Doğrudan da, müasir dövrdə beynəlxalq münasibətlər sisteminin ahəngdar işləməsi üçün dövlətlər arasında qarşıdurmanı və gərginliyi yox, sülhü və əməkdaşlığı təşviq etmək daha səmərəli hesab olunur. Fransanın Cənubi Qafqaz siyasətində isə bunun əksini görürük. Fransa Prezidenti hər vəchlə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması ilə bağlı aparılan danışıqlara müdaxilə etməyə çalışır, Ermənistanı sülh müqaviləsini imzalaması üçün əlavə şərtlər irəli sürməyə sövq edir və bununla da bölgədə təhlükəsizliyin bərqərar edilməsinə maneçilik törədir. Bütün bunlar dünyanın müstəmləkəçilik tarixində Avropa dövlətlərinin apardığı qızışdırıcılıq siyasətini xatırladır. Görünür, Fransa Prezidenti Ermənistana da öz müstəmləkə ərazisi kimi baxır, onun qəbul edəcəyi qərarları öncədən təftiş edir və nəyi necə etmək istiqamətində Ermənistana özünün geosiyasi maraqlarına uyğun təlimatlar verir. Məqsəd heç də bölgədə sülhü və təhlükəsizliyi dəstəkləmək yox, Ermənistanı öz təsiri altında saxlamaq və bölgə dövlətlərinə özünün təzyiq siyasətini həyata keçirmək üçün ondan yararlanmaqdır”.

Deputat vurğulayıb ki, lakin zaman dəyişib, ötən əsrin 90-cı illərində Avrasiyada baş vermiş qlobalmiqyaslı siyasi transformasiyalar nəticəsində bir çox yeni dövlətlər müstəqillik əldə edib. Bu sırada beynəlxalq siyasətin rəqabət meydanına çıxmış Azərbaycan da ötən 30 il ərzində öz müstəqilliyini kifayət qədər möhkəmləndirə bilib. Hazırda Cənubi Qafqazda baş verən və gələcəkdə baş verə biləcək bütün proseslərlərdə aparıcı rol bölgədənkənar qüvvələrə yox, məhz bölgənin ən güclü və dayanıqlı dövləti olan Azərbaycana məxsusdur. Kolonial siyasətin Cənubi Qafqaz bölgəsində bir daha uğur qazana bilməyəcəyi aydın görünür. Bütün bunları nəzərə alaraq Fransa rəhbərliyi də dünyada gedən prosesləri, o cümlədən yaxın gələcəkdə beynəlxalq münasibətlər sistemində baş verməsi labüd olan transformasiyaları düzgün dəyərləndirməli və özünün Cənubi Qafqaz siyasətinə lazımi korrektləri etməlidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki