image-18jpg-1681308052backend

“Sülhə imza atmamaq üçün, təxribata əl atırlar” – Deputat

image-reklam_sirab_01

“Son gərginliyin müxtəlif səbəblərini qeyd edə bilərik. Hələlik məlumat odur ki, ermənilər bizə yaxın ərazidə post qurmaq üçün mühəndis işləri aparmağa cəhd ediblər və mövqelərimizi atəşə tutublar. Ancaq əsas sual budur ki, nə səbəbdən onlar bunu etmək istəyiblər? Çünki son bir aya yaxındır Ermənistan rəhbərliyi sərhəd ərazilərdə vəziyyətin sabit olduğundan razılıq edirdi. İndi nə oldu ki, onlar qəflətən bizim möqelərə yaxın hissədə mühəndis-istehkam işləri aparmaq niyyətinə düşdülər?”

Vətəninfo.az xəbər verir ki, bunları Faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib.

“Xatırlayırsınızsa, iki gün əvvəl elə erməni informasiya mənbələrində gələn ay Vaşinqtonda ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Prezident cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilə biləcəyi barədə xəbərlər yayıldı. Vasitəçilər nə qədər əksini desələr də, biz yaxşı bilirik ki, onların özlərinin arasında bir gizli rəqabət, çəkişmə yox deyil. Yəni tutaq ki, nizamlama prosesində öncüllüyü qazanıb regiona təzyiq vasitələrini ələ keçirmək üçün. Həmin xəbərlə paralel belə bir məlumat da çıxdı ki, Avropa Şurasının prezidenti Şarl Mişel neçə aydır dövlət başçılarının görüşünü təşkil etməyə çalışır. Biz Avropanın vasitəçilik missiyasının arxasından Fransa prezidenti Makronun çıxdığına artıq adət etmişik. Məntiqlə, tərəflərin ABŞ-ın vasitəçiliyinə müsbət cavab vermələri ola bilsin ki, Avropada kiminsə xoşuna gəlmir. Yaxud, təkcə Avropadakıların deyil. Demək istəyirəm ki, Ermənistan ordusunun vahid bir orqanizm olmadığını və silahlı dəstələrə müxtəlif qüvvələrin təsir imkanlarını nəzərə alaraq bu təxribatın bilərəkdən edildiyi ehtimalı üzərində düşünməliyik”, – deputat bildirib.

E. Allahverdiyev əlavə edib ki, ermənilərin əzilmələri, döyülmələri, “soyqırımı”na məruz qalmaları barədə hamıya şikayət etmələri, ağlaşma qurmaları ənənələri var. 30 il üstün olduqları zamanı özlərini “döyüşçü”, “qalib dövlət” kimi təqdim etməyi sevirdilər, son iki il yarımdır yenə köhnə adətlərinə qayıdıblar:

“Onların Avropadan müşahidəçi çağırmaları, müxtəlif beynəlxalq təşkilatlara giley-güzar məktubları yazmaları həmin o ağlaşma ənənəsinin tərkib hissəsidir. Görürlər ki, yekun sülhə imza atmalıdırlar, sərhədlərin delimitasiyasına getməyə məcburdurlar, Azərbaycana təzyiq etmək üçün heç bir mexanizm və alətləri yoxdur, tez əl atırlar belə təxribatlara. O məqsədlə ki, dünyaya əzildiklərini göstərsinlər, ərazilərinə “qəsd” edilməsi barədə hay-küy qaldırsınlar. İstisna etmirəm ki, dövlət başçılarının anons edilmiş və ehtimal olunan növbəti görüşü ərəfəsində gərginliyi artırmaq istəyirlər. Danışıqlara rahat mövqe ilə getmək üçün. Yeri gəlmişkən, son gərginlik Qarabağdakı separatçıların rəsmi Bakı ilə görüşüb himanitar məsələləri müzakirə etmək istəyini bəyan etmələri ilə üst-üstə düşdü. Ola bilsin dünyaya göstərmək istəyirlər ki, baxın, biz danışmaq istəyirik, amma Azərbaycan bizə təcavüz edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki