Supermarketdə satılan bananların içindən 95 kq kokain tapıldı
Almaniyanın bir neçə şəhərində yerləşən ərzaq mağazalar şəbəkəsinin 11 şöbəsində banan qutularında ümumilikdə 95 kiloqram kokain aşkar edilib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Deutsche Welle-nin Rusiya xidməti məlumat yayıb.
Mönhenqladbax prokurorluğu və polisin məlumatına görə, bağlamalar Şimali Reyn-Vestfaliya federal əyalətinin Mönhenqladbax, Duysburq və Krefeld şəhərlərində, həmçinin Firzen, Haynsberq və Neuss bölgələrində aşkar edilib.
Hüquq-mühafizə orqanları qara bazarda tapılan kokain partiyasının dəyərini 7 milyon avrodan çox qiymətləndirir. Məlum olub ki, içərisində narkotik paketləri olan banan partiyası Cənubi Amerikadan gəlib. Polis və prokurorluq hesab edir ki, bu partiya səhvən supermarketlər şəbəkəsində tapılıb. şöbələrin birgə mətbuat bülletenində onun adı qeyd edilmir.
Kokain qaçaqmalçılığının səbəbləri ilə bağlı araşdırmalar davam edir. Hazırkı məlumata görə, banan yükü əvvəlcə dəniz yolu ilə Antverpen limanına gəlib.