image-osmanov-qurban-azerbaycan-respublikasi-veten-muharibesi-veteranlar-birliyinin-nerimanov-rayon-sobesinin-sedri-1backend

          Suqovuşan qələbəsi

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində olmuşdur. 2020-ci ilin 3 oktyabr tarixində bu qəsəbənin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişatında mühüm strateji əhəmiyyətə malik olmuşdur. Çünki bu qəsəbənin coğrafi mövqeyi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlüklər verirdi.

Suqovuşan qəsəbəs ilə eyni gündə Talış kəndi də düşmənlərdən təmizlənmişdir. Onların alınmasının başqa bir əhəmiyyəti düşmənin uzun illər ərzində qurduğu istehkamların dağıdılması və strateji yüksəkliklərin ələ keçirilməsi idi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi ki, bu da  müharibənin başlanğıcında əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi üçün xalqa bir motivasiya oldu.

Qəsəbənin azad olunmasının digər bir əhəmiyyəti ondadır ki, burada su anbarı yerləşir. Suqovuşan və Sərsəng su anbarları1976-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdir. Bu su anbarlarının tikilməsində əsas məqsəd keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonları su ilə təchiz etmək idi.

Suqovuşanda qazanılan qələbədən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı keçirdi. Ilkin olaraq onların gözü qorxdu və sonrakı dövrlərdə də  həmin qorxu davamlı oldu. Ermənistan ordusunda on mindən çox fərarinin olması bunun bariz nümunəsidir. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər, amma yenə də keçirilən mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq darmadağın edildi.

Bütün bunlara baxmayaraq yayılan dezinformasiyalar rəsmi İrəvanı və Ermənistan ordusunu daha çətin vəziyyətə salırdı. Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü.  Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. Onlar fotomontaj yolu ilə saxta məlumatlar yayır və bu yolla xalqı sakitləşdirmək istəyirdilər.

Ərazi düşmən işğalının altında qaldığı zamanlarda Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu da, Azərbaycanın böyük siyasi uğuru hesab edilməlidir.

Suqovuşan azad olunduqdan sonra 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri aparılır.

Burada olan “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və bu stansiyalar artıq işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Lakin müharibənin gedişi zamanı düşmən bu stansiyaları da dağıtmağa nail olmuşdur.

Uzun müddət işğalçılıq siyasəti yürüdən Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində də öz cinayət əməllərində əl çəkməmişlər. Belə ki, Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan bütün ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb və qəbul edilib. Bu gün də tülkü kimi qaçıb gizlənən Serjik ermənilərin düşmənidir.

Ermənistan rəhbərliyi başa düşməlidir ki, artıq 21-ci əsrin 21-ci ilidir və onların rəsmi siyasəti olan revanşizm yolverilməzdir. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir və dəmir yumruq təkrar başlarına endiriləcəkdir.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki