image-madagezbackend

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni bizə yaşadan əsas  uğurlarımızdan oldu.

image-reklam_sirab_01

“Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi.

30 ilə yaxın bir müddətdə ermənilər Azərbaycan torpaqlarının otuz faizini işğal altında saxladılar. Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurdular. Strateji obyektlərdən  istədikləri kim istifadə etdilər. Azərbaycan əsgərləri dəmir yumruq əməliyyatı keçirərək bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərməklə cəmi 44 gün ərzində müqəddəs torpaqlarımızı düşməndən azad etdilər. Müharibənin ilk anlarından ecazkar gözəlliyə malik olan, bölgə üçün xüsusi əhəmiyyət kəsb edən Suqovuşana üçrəngli Azərbaycan bayrağını sancdılar.

Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, – birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, – oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.

 

Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi.

Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi.

Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

 

Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.

30 ilə yaxın işğal altında olan Suqovuşan kəndinin düşməndən azad edilməsindən sonra Tərtər və Yevlax rayonları ilə yanaşı, Goranboyun torpaqlarına da yeni həyat gəlib. Artıq Suqovuşan su anbarından buraxılan suyun nizamlanması nəticəsində minlərlə hektar əkin sahəsinin davamlı olaraq suvarılması kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıbAzərbaycan Ordusunun əks-hücum tədbirləri nəticəsində Suqovuşan kəndinin işğaldan azad edilməsi bu problemi birdəfəlik həll etdi. Hazırda anbardan buraxılan suyun nizamlanması nəticəsində Goranboyda ekoloji tarazlıq bərpa edilmişdir. İndi rayonun ərazilərinə suyun verilməsi nəticəsində əkin sahələrinin davamlı suvarılması təmin edilmiş, bununla da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Suqovuşan Su Anbarının işğaldan azad olunması melioratorların işini əhəmiyyətli dərəcədə asanlaşdırır. Suvarma suyuna olan tələbatın çox hissəsi qeyd olunan anbardan vaxtlı-vaxtında gələn su hesabına ödənilir.

Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq”.

 

Qısa bir müddət ərzində Suqovuşan qəsəbəsi bütün turistlərin marağına səbəb olacaq. Çünki belə bir ərazini görməyi yalnızca turistlər deyil, bütün Azərbaycan xalqı görmək istəyəcək. Azərbaycan ordusunun qəhrəmanlıqları sayəsində bizlər öz doğma torpaqlarımıza yenidən gedə biləcəyik. Bu qürurverici bir hissdir. Dağlıq Qarabağ qısa müddətdə əsl turizm mərkəzinə çevriləcək. Qarabağ Azərbaycandır! Biz bacardıq!

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Lalə Yolçiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki