image-baybackend

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

image-reklam_sirab_01

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu istehkamlarınıdarmadağın edərək, böyük zəfərə imza atdı.
Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma¬sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb.
Şübhəsiz ki, döyüşlər zamanı qazandığımız ən böyük nailiyyətlərdən biri 3 oktyabr 2020-ci il tarixdə qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad olunması idi. Suqovuşanın azad edilməsinin böyük strateji əhəmiyyəti var idi. Ona görə ki, bu ərazinin düşməndən qısa müddətdə azad edilməsi müharibənin gedişatına təsir göstərən, hərbçilərimizin qələbə əzmini daha da yüksəldən, ətraf ərazilərə nəzarəti ələ keçiməyimizə səbəb olan əməliyyat idi. Digər mühüm bir əhəmiyyəti qəsəbədə Suqovuşan su anbarı və Suqovuşan-1 Su elektrik stansiyasının yerləşməsidir. Suqovuşanın düşməndən azad edilməsi nəticəsində Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Artıq bu ərazilərin azad olunmasından bir il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Bu əlamətdar hadisədən sonra ölkə başçımız çıxış edərək bildirmişdir: “Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.”
2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan ərazilərimizdən biri olan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Çıxışında bu mövzuya da toxunan cənab Prezident söyləmişdir: “İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər”.
Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki