image-surenbackend

Suren Papikyan Zakir Həsənovdan küsüb-TELEFONDA DANIŞMADIĞINA GÖRƏ

image-reklam_sirab_01

Azərbaycanın və Ermənistan müdafiə nazirləri Zakir Həsənov və Suren Papikyan və arasında operativ əlaqə hazırda işlək deyil.

Vətəninfo.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a Ermənistan hərbi idarəsinin mətbuat katibi Aram Torosyan deyib.
“Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə idarələrinin rəhbərləri arasında operativ əlaqə işləmir”.
Müdafiə Nazirliyinin nümayəndəsi konkret tarixləri və rabitənin “qırılmasının” səbəblərini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ilin noyabrında əməliyyat əlaqəsi elan edib. O qeyd edib ki, bu əlaqə  Azərbaycan-Ermənistan sərhədində münaqişəli vəziyyətlərin və insidentlərin həllinə kömək edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki